Vaksin olunanların yeni STATİSTİKASI

SOSİAL 05 iyn 2022, 16:57
Azərbaycanda son sutkada 1 544 nəfər vaksinasiya olunub.

Bu barədə Demokrat.az-a Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 195, ikinci doza vaksinlərin sayı 147 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 079-dur. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 123 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 733 819, birinci doza peyvəndlərin ümumi sayı 5 349 325, ikinci doza vaksinlərin sayı 4 848 964 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 287 880, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 650 olub.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top