Rusiya Dumasının sədri: “İtirdiyimiz 22 milyardı Asiya bazarından çıxaracağıq”

REGİON 04 iyn 2022, 17:36
“Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən öz ölkələrinin iqtisadiyyatı və vətəndaşları üçün “pis və çox pis ssenari” arasında seçim etməlidir”.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında bildirib.

Volodinin sözlərinə görə, Avropa İttifaqının qəbul etdiyi yeni sanksiyalar paketi, eləcə də bundan əvvəlki tədbirlər göstərir ki, Qərbin Rusiyanın inkişafını əngəlləmək üçün alətlər arsenalı tükənib.

Volodin onu da qeyd edib ki, Rusiyanın Avropaya neft ixracına qoyulan qadağadan itkiləri ildə 22 milyard dollar təşkil edə bilər. Lakin bu, enerji daşıyıcılarının qiymətinin artması və Rusiyanın Asiya bazarlarına yönəlməsi hesabına kompensasiya olunacaq.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top