ABŞ-da xəstəxanaya bıçaqlı hücum — Yaralananlar var

DÜNYA 04 iyn 2022, 10:14
Los-Ancelesdə xəstəxanaya edilən hücumda ən azı üç nəfər bıçaqlanıb.

Zərərçəkənlər travmatologiya mərkəzinə aparılıblar. Hazırda onların vəziyyəti stabildir. Yaralıların hamısının xəstəxana işçiləri olduğu qeyd edilir.

Şübhəli palataların birində barrikada qursa da, sonradan saxlanılıb.

Onun şəxsiyyəti açıqlanmayıb. Polis onun başqa cinayətlərinin də olduğunu bildirib.






Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top