Manaf Ağayev “Maybach”ı ilə yenə qaydaları pozdu — VİDEO

ŞOU-BİZNES 03 iyn 2022, 19:34
Müğənni Manaf Ağayev “Mercedes-Maybach” markalı lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Demokrat.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. 

M.Ağayev idarə etdiyi 10-BU-100 dövlət nömrə nişanlı avtomobil 1.3 nişanlanma xəttinin (qoşa xəttin) tələblərini pozaraq, dönmə əməliyyatı həyata keçirib. 
O, bununla digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

Qeyd edək ki, bu qayda pozuntusuna görə “Yol hərəkəti” haqqında qanuna əsasən, sürücüyə 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilir.

Xatırladaq ki, M.Ağayev bundan əvvəl Füzuli rayonunun işğaldan azad edilmiş ərazisinə qanunsuz səfər etdiyinə görə 15 sutka inzibati həbs cəzası alıb.
Qayda pozuntusunun əks olunduğu görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top