Bu yolda da hərəkət məhdudlaşdırılır

GÜNDƏM 03 iyn 2022, 18:28
Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində quraşdırma işləri davam edir.

Demokrat.az xəbər verir ki, nəqliyyatın hərəkəti 3 iyun tarixindən 4 iyun tarixinə keçən gecə Rəsul Rza küçəsi və Neftçilər prospektinin kəsişməsi təhlükəsizlik baryerlərinin quraşdırılması səbəbilə qismən məhdudlaşacaq. 

Burada nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq.

Həmçinin, 4 iyun tarixindən 5 iyun tarixinə keçən gecə Neftçilər prospektində yerləşən Bakı Dəniz Vağzalının önündə beton blokların quraşdırılması həyata keçiriləcək.
Bununla əlaqədar yol bir qədər daralacaq. 

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sürücülərə anlayışlarına görə təşəkkür edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top