Narkotikin təsiri altında saxlanılan taksi sürücüsü xəstəxanada öldü

HADİSƏ 02 iyun 2022, 20:28
Bakıda narkotikin təsiri altında saxlanılan sürücü dünyasını dəyişib.

Lent.az-ın məlumatına görə, paytaxtın Biləcəri qəsəbə sakini 39 yaşlı Tahir Fərzəliyev narkotikin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılıb.

O, saxlanılan zaman səhhəti pis olduğundan xəstəxanaya yerləşdirilib.

Lakin xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

T. Fərzəliyevin narkotikdən zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top