Müxtəlif qüvvələrin arzuladığı “görüntülər” alınmadı...

GÜNDƏM 02 iyn 2022, 18:07
Nümunəvi mənzərədir, müxtəlif qüvvələrin arzuladığı "görüntülər" alınmadı... 

Dünyada böyük proseslər gedir və bu gün baş verən hadisələrə dar çərçivədə yanaşmağın tam şəkildə əleyhinəyəm.

Hazırda Polislə Ordunun üz-üzə dayanmağına ciddi cəhdlə çalışan qüvvələr var. 

Nazirliyin şüşəsi qazinin qarşısında "sədd" idi. Qazi bu "səddi" sındırdı. Növbəti "sədd" Azərbaycan polis idi. Qazi bu dəfə sındırmadı! Sarıldı! Bu, əxlaqdır. Polisin qucağı dövlətin qucağıdır! Qazi dövlətə sığındı! 

Müharibənin fəsadlarını aradan qaldırmaq ağır, amma mümkün işdir. Böyük işlər gedir. Bütün qazilərin problemləri həll ediləcək, heç kəsin şübhəsi olmasın. Prezident üçün əsas prioritet də budur. Biz Marsda yaşamırıq, hazırda gərgin mərhələdə olan qlobal dünyanın bir parçasıyıq. Dövlətə sığınmaq, güvənmək lazımdır. 

Vaxtilə "İlham Əliyev Qarabağı ala bilməz" deyənlər yanıldılar! İndi də müxtəlif qüvvələrin əziz qardaşlarımız olan qazilər üzərindən dövlətə qarşı inamsızlıq yaratmaq cəhdlərinə imkan verməyək.

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top