Bu rayonda qaz kəsiləcək

SOSİAL 01 iyn 2022, 20:31
Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu”nda aşkar olunmuş qaz sızmasının ləğvi və korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək “Qəbələ” QPS-dən qidalanan “Qəbələ” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top