Azərbaycanda uşaq evində böyüyən gəncdən dəhşətli əməllər — Şok təfərrüat

KRİMİNAL 01 iyn 2022, 11:53
Bakının Xətai rayonunsda 1986-cı il təvəllüdlü Xan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ayaza xəsarət yetirib.
 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 10-da baş verib. 

İstintaq orqanı tərəfindən Xanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Xan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1986-cı ildə Bakı şəhərində doğulub: “Atamı və anamı görməmişəm. "Ümid” uşaq evində böyümüşəm. Atmı və anamın ölməsi bildirilib. Latın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb, oxumağı bacarmıram. Latın qrafikalı azərbaycan əlifbası ilə yazmaqda və oxumaqda çətinlik çəkirəm. Rəsmi olaraq heç bir yerdə işləməmişəm və evliyəm. Yetkinlik yaşına çatmadığım vaxt, tarixi bilmədiyim gün cinayət hadisəsi törətmişəm və buna görədə məhkum olunmuşam. 30 noyabr.2004-cü ildə Xətai rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2, 177.2.3-cü (oğurluq), 228.4-cü- (qanunsuz silah gəzdirmə) və 326.2-ci(rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilinərək 3 il 4 ay 19 gün müddətinə azadlıqdan məhrum edilmişəm . Cinayət Məcəlləsinin 66.3, 69.3 və 70-ci maddələri tətbiq edilərək 2 il şərti sınaq müddəti tətbiq olunub. Ruhi əsəb xəstəliyindən əziyyət çəkmirəm və hər hansı bir dispanserdə qeydiyyatda deyiləm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 3-4 ay əvvəl oğurluq etdiyi üçün Xətai rayon Məhkəməsinin qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs olunub və inzibati həbs olunanlarının saxlama məntəqəsində saxlanılıb: ”25 gün inzibati qaydada saxlanıldıqdan sonra azadlığa buraxıldım. Azadlığa çıxdıqdan bir neçə gün sonra, yəni iyulun 10-da, günorta saatlarında Bakı Metropolitenin “Həzi Aslanov” stansiyası yaxınlığında dayanaraq 57 nömrəli marşurut avtobusunu gözləyirdim. Metronun “Grand” adlanan mağazanın qarşısındakı stansiyasında dayanmışdım. Avtobus gözləyən zaman Ayaz yanıma gəldi. Ayazı 2012-ci ildən tanımışam və onunla heç bir narazılığım olmayıb. Ayaz bildirdi ki, bir ədəd telefonu var və satmaq istəyir. Lakin şəxsiyyət vəsiqəsi yoxdur. Ayaz mənim şəxsiyyət vəsiqəm ilə həmin telefonu satmağı xahiş etdi. Ayazın əlində bir ədəd “Samsung “ markalı telefon gördüm. Lakin telefon yararsız halda olub. Ayaza etiraz etdim və getməsini xahiş etdim. Bu zaman Ayaz orada söyüş söyməyə başladı. Hiss etdim ki, Ayaz sərxoşdur, ondan spirtli içki iyi gəlməsini hiss etdim. Ayazdan aralaşmaq istəsəm də, o, məndən əl çəkmədi və söyüş söyməkdə davam etdi. Həmin vaxt ətrafda tanımadığım şəxslər olub. Ayazdan yaxa qurtarmaq üçün yaxınlıqda tikilməkdə olan metronun yeni stansiyası isiqamətində hərəkət etdim. Ayaz da arxamca gələrək mənə kömək edəcəyini dedi və söyüş söydü. “Grand” adlanan mağazanın qarşısından 50-60 metr aralanmış pilləkənlər olan yerdə dayandım. Ayaz da yanıma gələrək dayandı və daha da pis söyüşlər söydü. Onun söyüşlərini qəbul etmədim. 2-3 dəfə ardıcıl olaraq yıımruqla onun baş nahiyəsindən vurdum”.

Xan qeyd edib ki, bu zaman Ayaz ondan əl çəkməyib: “Ayaz “sən mənə əl atdın“ ifadələrini işlədərək üzərimə gəldi. Əlim ilə onu itələdim. Ayaz yerə yıxıldı və başı yerə dəydi. Ayaz ayağa qalxaraq oradan uzaqlaşaraq getdi və bir daha Ayazı görmədim. Həmin hadisə zamanı Ayaz məni vurmayıb, xəsarət də yetirməyib. Həmin hadisə zamanı orada heç kəs olmayıb”.

Xan qeyd edib ki, Ayaz yerə yıxılan zaman başı yerə asfalt betona dəyib. Deyib ki, narkotik vasitə istifadə etmir və aludəçisi deyil. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ayazın sözlərinə görə, avtomobil təmiri, yəni avtomobillərin elektrik işlərini görməklə məşğul olaraq qazanc əldə edir, heç vaxt evli olmayıb: “Babək prospektində olan avtomobil bazarında avtomobillərin elektrik işlərini görürəm. Əvvəllər bir dəfə Xətai rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkum olunmuşam. İyulun 10-da özümə məxsus olan bir ədəd “Samsung” markalı telefonunu satmağa qərar verdim. Puluç olmayıb, maddi cəhətdən də dolanışığımda çətinlik yaranıb. Həmin günü tanıdığım Ayazı gördüm və onunla söhbət zamanı mobil telefonumu satdığımı bildirdim. Xan dedi ki, müştəri var və mobil telefonu "Bakı" kinoteatrın yaxınlığında olan 9 mərtəbəli binanın yaxınlığında sata bilər. Xan ilə razılaşdım və birlikdə Xanın dediyi ünvana getdik”. 

Zərərçəkmiş şəxsin bildirdiyinə görə, “Bakı” kinoteatrın yaxınlığına çatdıqda Xan ona 9 mərtəbəli binalırın birinin damına çıxmağını deyib: “Xandan nə üçün binanın damına çıxmağı soruşdum. O da telefonu almaq istədiyi şəxsin oraya gələcəyini dedi. Bundan sonra birlikdə binanın damına çıxdıq. Orada 5-10 dəqiqə gözlədik ki, telefonu alan şəxs gələcək. Lakin heç kəs gəlmədi. Bundan sonra Xana bildirdim ki, məni bura niyə çıxarmısan, sarımısan məni, heç kəs yoxdur. Bu zaman Xan ani bir anda mənə yaxınlaşaraq yumruqla başıma bir neçə dəfə ardıcıl zərbələr endirdi. Zərbələrin təsirindən yerə yıxıldım və huşumu itirdim. Özümə gəldikdə iki nəfər şəxsin binanın damından düşürərək liftə qoymasını, sonra isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparması gördüm. Sonradan isə baş verənləri xatırlamıram”. 

Xan 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top