Norveçdə meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı təsdiqləndi

GÜNDƏM 31 may 2022, 22:54
Norveçdə "meymun çiçəyi" xəstəliyinə ilk yoluxma halı təsdiqlənib.

Bu barədə Norveçin İctimai Səhiyyə İnstitutundan bildiriblər.

"Bu gün Norveçin İctimai Səhiyyə İnstitutu Viken bölgəsində "meymun çiçəyi" xəstəliyinə yoluxma halının təsdiqlənməsi barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, xəstələnən şəxs yaxın zamanda xarici ölkədən qayıdıb. Səhiyyə xidməti xəstənin təmasda olduqlarını müəyyən edib, xəstəliyin yayılma riski olduqca aşağıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top