“İcra başçısı olmayan rayonlardan şikayətlər daxil olmur”

GÜNDƏM 31 may 2022, 13:16
“Mən diqqət yetirmişəm ki, hansı rayonlarda icra başçısı yoxdur, ya vəfat edib, ya həbs olunub, həmin rayonlardan şikayət daxil olmur”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Deməli, həmin rayonların İcra Hakimiyyətinin binaları rayonu təyin olunan icra başçılarından daha yaxşı idarə edir”, - deyə F. Mustafa qeyd edib.

O bildirib ki, Azərbaycanda xeyli sayda lazımsız qurum və quruluşlar var: “Bunları aşkara çıxarıb, ixtisara salınması məsələsini həll etmək üçün xüsusi komissiya yaratmaq lazımdır. Lazımsız ştatların sayı müəyyən edilməldir. Bir sıra qurum yaradılır, sonra ləğv edilir və ya başqa tabeçiliyə verilir. BNA, TƏBİB, ABAD, DOST və başqa qurumların vəziyyəti ilə bağlı nəticələrin araşdırılmasına ehtiyac var”.

Fazil Mustafa, eyni zamanda vurğulayıb ki, Sumqayıtda, Gəncədə, Bakıda yüzlərlə Sovet dövründən qalma müəssisəsələr özəlləşdirilib: “İndi onların əksəriyyəti xaraba qalıb. Ya sahibkarın pulu yoxdur, ya da kredit faizləri çox yüksəkdir. Ona görə də bu məsələ öz həllini tapmalıdır”.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top