"Youtube" kanallarının əksəriyyəti faktiki olaraq mütəşəkkil fəaliyyət göstərən dəstənin iradəsi və idarəsi altında cəmiyyəti, dövlət strukturlarını xof və xəraca vadar etmək yolunu tutub.
Demokrat.az xəbər verir ki, bu sözləri Real TV-də yayımlanan "Mir Şahinin vaxtı" proqramının aparıcısı, tanınmış telejurnalist Mirşahin Ağayev səsləndirib.
O, bildirib ki, müstəqilliyimizi qorumaq hər birimizə aid məsələdir:
"Bir yandan Rusiya prezidenti Azərbaycan prezidentini Müstəqillik Günü münasibətilə təbrik edir, başqa tərəfdən isə Rusiyanın rəsmi kanalı separatçı rejimi təbrik etməyə getmiş bir erməni olmayan Dağlıq Qarabağın nümayəndəsi tək təqdim edir. Hanı həmin "Youtube" kanallarında belə mövzuların müzakirəsi. Bəs əvəzində özləri demişkən "nə dartışılır?" Polis ona zor tətbiq elədi, bunu soyundurmaqla hədələdi, "tok" verdi, döydü. Hətta həbsdən təzə çıxmış şəxs də ona verilmiş köhnə işgəncələrdən danışır" - deyə Mirşahin qeyd edir.
Onun fikrincə, əslində, polis ətrafında, bütün güc strukturları ətrafında qəsdən belə fon yaradılır:
"Qəsdən belə fon yaradılır ki, asayişə cavabdeh olanlar daim pressinq altında olsunlar. Necə deyərlər, gözlərinin odunu alsınalr onların. Əvəzində bax belə faktlar yaddan çıxsın. Məsələn, ""Azəriqaz"ın əməkdaşı öz xidməti vəzifəsini yerinı yetirərkən, istehlakçı onu döyüb". Hansı mövzu qabardılır? Guya "Azəriqaz"ın özündə araşdırmalar aparılır.
Baş nazirin müavini İran İslam Respublikasına gedir, ciddi nəticələrlə dönür. Hər iki tərəf razıdır - İran da, Azərbaycan da. Zəngəzur dəhlizinin cənub qolu ilə bağlı yüksək ovqat yaşadığımız bir vaxtda kimsə İran əleyhinə qərəzli bir təhrif yazır və tirajlayır. Niyə? Kimin marağındadır bu? Axı gerçək priotetlər var. Ən mühümü isə Qələbəmizdir, bu barədə hər gün, hər dəqiqə danışılmalıdır".
Zamiq
Demokrat.az