Rusiyanın Ukraynadakı müharibədə itkiləri — Yenilənmiş SİYAHI

REGİON 28 may 2022, 16:02
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 30 000 nəfərə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 1 330 tankı, 3 258 zirehli döyüş maşını, 628 artilleriya sistemi, 203 reaktiv yaylım atəşi sistemi, 93 HHM sistemi, 207 təyyarəsi, 174 helikopteri, 2 226 avtomobil texnikası, 13 gəmisi, 503 kəşfiyyat PUA-sı, 48 xüsusi texnikası, 116 qanadlı raketi məhv edilib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top