ABŞ-ın Azərbaycandakı səfirliyi əfv sərəncamını alqışladı

XARİCİ SİYASƏT 28 may 2022, 12:11
ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamını alqışlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə diplomatik korpusun rəsmi saytında məlumat yayılıb.

“Birləşmiş Ştatlar həbsdə olan azərbaycanlıların, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi müxalifətin üzvlərinin və dini qrupların üzvlərinin əfv edilməsini alqışlayır. Biz Azərbaycanı qarşıdakı aylarda Azərbaycanın beynəlxalq öhdəliklərinə və vətəndaşlarının əsas azadlıqlarının qorunmasına dair öhdəliklərinə uyğun olaraq əlavə addımlar atmağa çağırırıq”, - məlumatda qeyd olunub.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top