“İlin sonuna qədər dünya düzəninin ilkin arxitektur quruluşu bəlli olacaq” — ŞƏRH

GÜNDƏM 27 may 2022, 13:45
“Ukraynanın ən böyük gəlir mənbəyi və ən keyfiyyətli məhsuldar torpaqları məhz Şərqi Ukraynadadır. Hansı ki, indi həmin ərazilərdə müharibə gedir və o torpaqları ələ keçirməkdən ötrü Ukraynanı borca salmaq lazım idi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Politoloq vurğulayıb ki, birdən-birə həmin ərazilərdə müharibənin getməsi və Rusiyanın bu oyuna çəkilməsinin arxasında başqa məsələlər durur:

“Təbii ki, Ukraynaya bu gün verilən bütün pullar geri qaytarmaq şərtilədir. Təbii ki, ABŞ-ın yardım adı ilə verdiyi silahların əvəzində torpaqlar alacağını proqnozlaşdrmaq olar. Qeyd edim ki, ötən il Ukraynada qanun qəbul olundu ki, Ukrayna torpaqları icarəyə verilə bilər. Fikir verirsinizsə, bu gün Ukraynada müharibə kəndlər, qəsəbələr və xırda şəhərlərdə gedir. Hətta, Rusiya Xarkovu tuta bilərdi. Amma görünən odur ki, dünyanın günəbaxan ehtiyatlarının yarıdan çoxu, dünyanın taxıl və qarğıdalı ehtiyatlarını təmin  edən Ukraynanın ərazilərindən həm Rusiya, eyni zamanda da ABŞ yardım adı ilə verdiyi silahların əvəzində bu torpaqları ələ keçirəcək. Yəni, Ukraynanın məhsuldar qara torpaqlarını ələ keçirələcək. Bu, mənim birmənalı analizimin nəticəsidir. Yəni, hadisələrin gedişi bunu göstərir. Bu,  ABŞ-ın son yüz ildə yürütdüyü siyasətinin altında nələr yatdığını göstərir. Ona görə də, bu, Ukraynanın bir dövlət kimi çöküşünə gətirib çıxaracaq”.

“Amma, bütün halllarda ABŞ dünyada tam söz sahibi olmayacaq. Ona Hindistan və Çin imkan verməyəcək. Görünən odur ki, yeni dünya düzəni arxitekturasında ABŞ-la bərabər digər memarlar da iştirak edəcək. Bu, Çin, Hindistan, Rusiyadır. İngiltərə də bir növ bu məsələdə öz oyun qaydalarını qurub. Yəni, əsas supergüclərin döyüşündən çıxan nəticəyə görə belə şeylər söyləmək olar. Görünən odur ki, ilin sonuna qədər dünya düzəninin ilkin arxitektur quruluşu bəlli olacaq,”-deyə politoloq qeyd edib.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top