Lukaşenko: "Ukrayna sərhədi yaxınlığında Əməliyyat Komandanlığı yaradılmalıdır"

GÜNDƏM 26 may 2022, 22:13
Belarus Prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyində keçirilən iclasda bildirib ki, ölkənin silahlı qüvvələri təcili olaraq Ukrayna ilə sərhəd ərazidə Cənub Əməliyyat Komandanlığı yaratmalıdır.

Demokrat.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Təəssüf ki, yeni istiqamət, əvvəllər dediyimiz kimi, yeni cəbhə açılıb və biz buna diqqət yetirməyə bilmirik. Müdafiə naziri bizə daha bir operativ komandanlıq - ölkəmizin cənub cinahında, cənub istiqamətində açmağı təklif etdi. Bu keçən il idi. Sonra nə etmək lazım olduğunu başa düşdük, lakin zaman bizi o qədər dinamik və sürətlə itələdi ki, dərhal bu əməliyyat istiqamətini yaratmalı olduq. Qərb və şimal-qərb qanadı ilə yanaşı, cənub qanadı da olacaq”, - Lukaşenko bildirib.

O, bəyan edib ki, hətta cənub cinahında operativ komandanlıq yaradılmazdan əvvəl Belarus hərbçiləri bu sərhədlərin müdafiəsini tez bir zamanda təmin etməyə, təlimlər keçirməyə və Belarus hərbçilərini öyrətməyə məcburdurlar.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top