Yaponlar iki yemişə 3 milyon verdilər

MARAQLI 26 may 2022, 19:16
Yaponiyada hər il keçirilən hərracda yemişlər satışa çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu dəfə yaponlardan biri iki yemişə 3 milyon yen (387 min lirə) verib. 

Bu yemişlər xüsusi olaraq Hokkaido əyalətində yetişdirilir və çox ləzzətlidir. Builki yemişləri alan sahibkar da ləzzətinə görə onlara bu qədər pul verməyə dəydiyini bildirib.

Qeyd edək ki, 2019-cu ildə iki yemişə rekord məbləğdə - 5 milyon yen pul verilmişdi.

Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top