"Qarabağın Azərbaycanın bir hissəsi olduğunu siz qəbul etmisiniz" — Paşinyandan sensasion açıqlama

GÜNDƏM 25 may 2022, 19:41
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün paramentdə daha öncə vəd etdiyi sensasion açıqlamanı verib.

 Paşinyan 10 dekabr 1991-ci ildə keçirilmiş referendumla Qarabağ ermənilərinin müstəqilliklərini elan etdiklərini bildirib.

"Amma 2007-ci ildə qəbul edilən Madrid prinsiplərində erməni tərəfi Dağlıq Qarabağın statusu ilə bağlı gələcəkdə referendumun keçirilməsinə razılıq verib. Bu o deməkdir ki, erməni tərəfi həmin əsası qəbul etməklə, artıq mövcud olan referendumu qeyri-legitim hesab edib. Ermənistan tərəfi gələcək referendumun Azərbaycanla qarşılıqlı razılaşma şəraitində keçirilməli olduğunu qəbul edəndə bizim hamımızın oturduğu budağı kəsdi. Biz deyirdik ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb. Əgər beləydisə,biz nəyi müzakirə edirdik? Qarabağın Azərbaycandan status almasını? Madrid prinsiplərinə görə, keçiriləcək referendumda Dağlıq Qarabağda yaşayan azərbaycanlıların da iştirakı nəzərdə tutulub. Bu, 10 dekabr 1991-ci il referendumunun legitimliyinə bir zərbə idi. Daha bir ifşa. Ən sensasiyalı fakt ondan ibarətdir ki, əslində Madrid prinsipləri təşəbbüsünün müəllifi və ya həmmüəllifi Ermənistan tərəfidir.

Niyə bu insanlar bütün bunları etdilər? Sonra deyirlər ki, biz Qarabağın heç vaxt Azərbaycanın bir hissəsi olmayacağını rəhbər tutmuşuq və mən bu tribunadan dedim ki, siz Madrid prinsiplərini qəbul edəndə artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmisiniz. Həmişə deyirdilər ki, Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb. O zaman niyə onun gələcək statusunu və parametrlərini Azərbaycanla müzakirə edirik? Bu, həqiqətdir”.

Nikol Paşinyan xatırladıb ki, ondan daim Madrid prinsiplərini danışıqlar üçün əsas kimi qəbul edib-etmədiklərini soruşurlar: “Mən dedim ki, biz əvvəlcə bu prinsiplərin nə demək olduğunu başa düşməliyik. Mən həmsədrlik çərçivəsində dedim ki, mən yeni adamam, deyin görüm, bu prinsiplər çərçivəsində Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilərmi? Qısa fasilədən sonra onlar "Azərbaycan razılaşmasa, bəli", dedilər".

Daha sonra Paşinyan 2016-cı ildə səs-küyə səbəb olan bir epizodu xatırladıb: “Azərbaycan Prezidenti hökumətin iclasında deyəndə "mənə pərdəarxası təzyiqlər edilir ki, mən Qarabağın müstəqilliyini tanımalıyam, amma biz bunu heç vaxt etməyəcəyik" bu, Ermənistanda böyük hay-küyə səbəb oldu, rəsmi təbliğat bunu böyük qələbə kimi təqdim etdi. Heç kim demir ki, niyə Azərbaycanla danışırlar. Həmin epizod nə deməkdir? Bizim istədiyimiz Dağlıq Qarabağın statusunun tanınması Azərbaycandan asılıdır və Azərbaycanın mövqeyindən asılıdır".

Baş nazir bildirib ki, bu gün bəzi qüvvələr onu müharibə etməkdə ittiham edirlər: “Yox, müharibəni biz gətirməmişik, siz müharibə elan edib getdiniz. O müharibənin qarşısını almağın bir yolu Azərbaycanın bütün qəbuledilməz şərtlərini və tələblərini qəbul etmək idi. Müharibə 2016-cı ilin aprelində başladı və Serj Sarkisyan bu tribunadan bəyan etdi ki, siz növbəti müharibəyə ümid etməyin. Biz indi Dağlıq Qarabağ ermənilərinin hüquqlarının, təhlükəsizliyinin və statusunun həlli üçün mümkün olan hər şeyi edirik, lakin “Biz deyirik ki, sülh bizim gündəmimizdədir. Biz önümüzə sülhün bərqərar edilməsi vəzifəsini qoymuşuq. Sülh prosesi yolunda yıxılacağıq, amma yenidən ayağa qalxacağıq. Onlar bizi söyəcəklər, satqın deyəcəklər, bizi pis adlandıracaqlar, əclaf deyəcəklər, nə istəsələr deyəcəklər, amma bizi hədəfimizdən yayındırmayacaqlar”/teleqraf.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top