Ukraynada ölən uşaqların sayı açıqlandı

REGİON 25 may 2022, 10:40
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 238 uşaq ölüb, 433 uşaq güllə və qəlpə yarası alıb. 672 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top