"Ukraynanı Donbass uğrunda həlledici döyüşün çox çətin ayı gözləyir"

GÜNDƏM 24 may 2022, 20:55
Ukrayna Daxili İşlər Nazirliyi növbəti ay üçün həyəcanlı proqnoz verib. Qarşıda Ukraynanı Donbass uğrunda həlledici döyüşün çox çətin ayı gözləyir.

Demokrat.az
Ukrayna mətbuatına istinadən bildirir ki, bu fikri daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“İlk üç ayda əldə etdiyimiz bütün nailiyyətlərə baxmayaraq, indi bu müharibənin bəlkə də ən çətin mərhələlərindən biri qarşıdadır. Təbii ki, aktiv faza çox uzun sürə bilməz, lakin hələ də müəyyən müddət ərzində aktiv faza olacaq"

"Donbass uğrunda bu böyük döyüşün nəticələrindən asılı olaraq, hara gedəcəyimizi demək mümkün olacaq. Qarşıda Donbass uğrunda döyüşün çox çətin ayı var", - Denisenko əlavə edib.

O, həmçinin bildirib ki, müharibə uzanan fazaya keçir.

Leyla
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top