Yaxın vaxtlarda Azərbaycan BMT-yə hesabat təqdim edəcək

XARİCİ SİYASƏT 23 may 2022, 13:29
“Azərbaycan hökuməti dayanıqlı inkişaf məqsədlərinə çox böyük önəm verir”.

Demokrat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva "Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti bu yaxınlarda yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır: "Bu da onu göstərir ki, Azərbaycan hökumətinin dayanıqlı inkişafda sadəqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrdən biri olacaq".

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top