"Rusiyanın bu müharibədə məğlub olması Rusiya cəmiyyəti üçün çox vacibdir"

GÜNDƏM 22 may 2022, 11:56
Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibədə məğlubiyyəti bu ölkənin özünü yenidən düşünməsinə, yenilənməsinə və başqa cür mövcud olmasına imkan verəcək.

Demokrat.az  “Ukrinform”a istinadən xəbər verir ki , bu barədə “Nastoyaschee Vremya ”ya müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri  Mixaylo Podolyak bildirib.

“Mən hesab edirəm ki,  Rusiya kimi bir ölkəni qorumaq istəyiriksə, cəmiyyəti də qoruyub saxlamaq istəyiriksə, bu sivilizasiyanın inkişafını davam etdirməsinə şərait yaratmaq istəyirik, ona görə də onun  özünü yenidən düşünməsi və artıq başqa formada mövcud olması lazımdır. Başqa sözlə, Rusiya, yəqin ki, müasir humanist sivilizasiyaya,Ukraynanın içində olduğumuz humanist cəmiyyətə daha çox inteqrasiya edə biləcək”, - Podolyak bildirib.

Onun fikrincə, Rusiyanın bu müharibədə məğlub olması Rusiya cəmiyyəti üçün çox vacibdir. O zaman Rusiya özünü daxildən yeniləyə və hansı qaydalarla yaşaması ilə bağlı başqa sosial konsensusa gələ biləcək.

Leyla
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top