İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşadadır — YENİLƏNİB

QARABAĞ 18 may 2022, 12:40
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində səfərdədir.

Demokrat.az
xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Daha sonra isə Şəhər meydanı, Şuşa qala divarları, Xurşidbanu Natəvanın malikanəsi, Molla Pənah Vaqifin məqbərəsi və Cıdır düzünə baş çəkəcəklər.

***09:35

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.


Demokrat.az xəbər verir ki, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top