Deputatlardan baş redaktorun təklifinə dəstək — Gəncədən Rizəyə ucuz reyslər açılsın!

GÜNDƏM 17 may 2022, 16:35
Xəbər verdiyimiz kimi, Rizedə yeni hava limanı açılıb.

Prezident İlham Əliyevin də qatıldığı mərasimdən sonra Azərbaycandan Rizeyə uçuşların təşkil olunması barədə təkliflər səslənib.

Qeyd edək ki, belə təkliflərdən birini də Gununsesi.info xəbər portalının baş redaktoru Pərviz Həşimli səsləndirib.



Pərviz Həşimli hesab edir ki, ölkənin əksər vətəndaşları istirahət üçün quru yolla Batuma , oradan da Türkiyəyə gedir: “Ona görə, sadə insanlar üçün əlçatan qiymətlərlərlə Gəncədən Rizeyə uçuşlar təşkil olunmalıdır”.



Millət vəkili Naqif Həmzəyev Gununsesi.info -ya açıqlamasında bildirib ki, Rize-Artvin Beynəlxalq Havalimanının açılmasının turizm baxımından çox böyük önəmi var:

”Çünki, azərbaycanlı turistlər daha çox Batuma üz tutaraq, ordan da Türkiyəyə gedirdilər və həmin ərazilərdə istirahət edirdilər. Hal-hazırda isə çox əla bir fürsət yaranıbdır. Mən çox istəyərdim ki,  AZAL və ya Türk Hava Yolları həm Bakıdan, həm də Gəncədən Rize-Artvin Hava Limanına uçuşlar təşkil etsinlər. Əgər bu iki böyük şirkət bunu edə bilməyəcəysə və ya etmək fikri yoxdusa, daha ucuz biletlər təklif edən Butaya və Türkiyənin digər şirkətlərinə belə imkan yaradıla bilər. Mən düşünürəm ki, həm Gəncədən, həm də Bakıdan məhz Türkiyənin Qaradəniz bölgəsinə çoxlu sayda sərnişinlərin səfər edəcək.

Sadəcə bu reysləri açmaq və sərnişinlərə bu imkanları tanımaq lazımdır”.



Millət vəkili Fazil Mustafa da eyni fikirdədir:

“Gəncədən Rizeyə reys açılması ilə bağlı təklif əslində məntiqlidir və bunu da elə birbaşa Türk şirkətlərinə həvalə etmək olar ki, bu məsələdə vətəndaşların vəziyyətini yüngülləşdirsin.

Çünki, bu cür gediş-gəlişin alternativ variantların olması hamımızın xeyrinədir, vətəndaşların işini yüngülləşdirər. Bunun qiyməti də  elə əlçatan səviyyədə olmalıdır ki, yenə də vətəndaşlar Gürcüstana üz tutmasınlar. Öz ölkəmizin sərnişin xidmətlərindən istifadə eləsinlər. Ona görə də bu məsələdə məncə müəyyən təşəbbüsləri olması vacibdir və bunun dəstəklənməsi də ümumi proseslərin xeyrinə olar. Çünki, Rize vasitəsilə sonradan daha ucuz qiymətə Türkiyəyə daxil olan vətəndaşlarımız avtobusla mərkəzi hissələrinə gedə bilərlər və qayıdıb burdan da gəlib, yenidən Gəncəyə gəlmək imkanı olar. Gəncəətrafı rayonlarda yaşayan vətəndaşlarımız da bundan faydalana bilərlər”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top