Bakıda kütləvi dava: saxlananlar var

KRİMİNAL 16 may 2022, 23:47
Bakının Binəqədi rayonunda dava zamanı 3 nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri bazarında qeydə alınıb.

Avtomobil ehtiyat hissəsi mağazasının satıcıları - 1994-cü il təvəllüdlü Zöhrabov Elnur Əziz oğlu, 1997-ci il təvəllüdlü Əliyev Fikrət Əziz oğlu və onun əkizi Əli mağazanın müştəriləri tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. Hər üç yaralı müxtəlif bədən xəsarətləri aldığından 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Qarşıdurma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları iki nəfəri saxlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top