Pənah Hüseyn müzakirələrə səbəb olan fotosundan danışdı

GÜNDƏM 16 may 2022, 17:52
Bu günlərdə Azərbaycanın sabiq baş naziri Pənah Hüseynin diqqətçəkən görüntüsü yayılıb. Metroda lentə alınan fotoda keçmiş baş nazirin ayaq üstə qalması, gənclərin əyləşmək üçün ona yer verməməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Bir çoxları hesab edir ki, indiki gənclər Pənah Hüseynin kim olduğunu belə bilmirlər. Lakin istənilən halda gənclərin yaşlı insanlara belə laqeyd münasibəti təəssüf doğurub. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müzakirələrə səbəb olan fotosu barədə Modern.az-a danışıb. O, gündəlik ictimai nəqliyyatdan istifadə etdiyini deyərək, gənclərin yer verməməsini normal hal kimi qəbul etdiyini söyləyib.

“Mən bir qayda olaraq ictimai nəqliyyatdan, əsasən metrodan və avtobusdan istifadə edirəm. Burada qeyri-adi heç nə yoxdur. Milyonlarla insan bu nəqliyyat vasitələrindən istifadə edir. Kimlərinsə yer verib-verməməsi məni maraqlandırmır. Mən özüm yaşından asılı olmayaraq qadınlara yer verirəm", - deyə keçmiş baş nazir vurğulayıb.



Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top