Əməkdar artistdən ağır ittiham: “Xocalıda qızlarımızı postlara paylayan ruslar idi”

İNCƏSƏNƏT 14 may 2022, 11:50
“Yaxşı ki, bizim arxamızda qardaş Türkiyə dövləti vardı. Yoxsa ruslar bilirsiniz nələr edərdi? Görmürsünüz, sülhməramlı adı ilə nə oyunlardan çıxırlar?”

Bu sözləri Yenisabah.az-a Əməkdar artist Ağalar Bayramov deyib. Qarabağdakı sülhməramlılardan danışan sənətçi qeyd edib ki, Rusiyaya güvənmək olmaz:

“Gözlərinin qabağında daşnaklar xəndək qazırlar. Belə bir söz var: Rusiya ilə müqavilə imzalamaq suda yazı yazmaq kimi bir şeydir. Rus özü 10 noyabrda müqavilə imzaladı ki, Qarabağdakı tör-töküntülər çıxsınlar, amma hələ də çıxmayıblar. Dəfələrlə müraciət olundu. Biz bilirik ki, onlar nə oyunlardan çıxırlar. Bismark deyirdi ki, rusla zarafat etməyin, sizin zarafatınıza elə cavab verərlər ki, özünüz də məəttəl qalarsınız. İndi sevinirəm ki, Ukraynadakı hadisələrdən sonra onlar çökəcək. Düzdür, Ukraynada dağıntılar, dünyasını dəyişənlər var, onların ruhu qarşısında baş əyirəm, amma qaradan artıq boya yoxdur. Mən istəyərəm ki, Çeçenistan, Azərbaycandan çox əhalisi olan Tatarıstan müstəqil olsun”.

O, Qarabağ ərazisindəki sülhməramlıların əslində işğalçı olduğunu deyib:

“Bu ruslar hər yerdə özlərinə ocaq yaratmağa çalışırlar. Xankəndidə sülhməramlı adı ilə adamlarını yerləşdiriblər. Onlar sülhməramlı yox, işğalçıdırlar. Ruslar gecə-gündüz xalqı çaşdırmaq üçün qırmızı yalan püskürürlər, təbliğat aparırlar. Rus xalqı da buna uyur. 90-cı ildə Azərbaycanda qırğın oldu, bir dənə rusun burnu qanamadı, amma onlar nə oyunlardan çıxdılar, 400-ə yaxın şəhid verdik. Ruslar qəddardır. Filmdə Sadıq Hüseynov deyirdi ki, “Çox qanlar törədib bu Qəmlo”, mən o sözü dəyişirəm, çox qanlar törədib bu Rusiya! Nə qədər dost ölkə desək də, mən içimdə heç vaxt onlarla barışa bilmirəm. Xocalı faciəsini məhz onlar törətdi. Onlar arının pətəyini qurdalayan, dəlinin yadına daş salandırlar. 1988-ci ilin “Oqonyok” jurnalı 28 fevralda belə bir yazı dərc etmişdi: Stepanakertdə (Xankəndində) ermənilər mitinq edəndə orada dörd nəfər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin yüksək rütbəli zabiti iştirak edirdi. Bu nə deməkdir?! Deməli, hadisələri alovlandıran onlar idi, başımıza oyun açanlar onlar idi. Heç nə deyə bilmirik. Xocalı faciəsini 366-cı alay törətdi, ermənilərlə bir yerdə qızlarımızı postlara paylayan ruslar idi. Onlar bu cür vəhşidirlər. Demokratik yol tutmaqlarından əlinizi üzün. Onların yalnız başı əzilməli, burnu ovulmalıdır”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top