"Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” olmayacaq" — Baş nazir

REGİON 13 may 2022, 22:56
Gürcüstan Rusiya üçün “ikinci cəbhə” təşkil etməyəcək.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, bu mövqeyi Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib. .

Hökumət başçısı vurğulayıb ki, 2008-ci ildə Rusiya Federasiyası ilə müharibə ölkəyə “min bir bəla” gətirdi və bu hadisələrin nəticələri dağıdıcı oldu. O, vətəndaşlarına söz verib ki, Rusiya ilə müharibə olmayacaq, hakimiyyət sülhü qorumaq üçün hər şeyi edəcək.

"Gürcüstanda "ikinci cəbhə" və müharibə olmayacaq, əksinə, inkişaf, quruculuq və sülh olacaq. Biz daxili düşmənlərimizin məsuliyyətsiz müharibə çağırışlarına imkan verməyəcəyik", - Qaribaşvili bildirib.

Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin geri qaytarılmasına çağıranları Qaribaşvili “daxili düşmən” adlandırıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top