Bu yerlərdə qaz olmayacaq

SOSİAL 12 may 2022, 00:12
Saat 09:00-dan işlər başa çatanadək Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu haqda “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Hövsan-Digah-Qaradağ” yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan “Novxanı qolu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması prosesidir.

Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top