Qazaxın 7 və Naxçıvanın Kərki kəndi azad olunacaq? — ŞƏRH

GÜNDƏM 11 may 2022, 15:17
Tez-tez gündəmə gələn anklav ərazilər məsələsinə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ötən gün münasibət bildirdi. O açıqlamasında Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndinin qaytarılması müzakirə olunub həllini tapacağını vurğuladı. Xarici işlər nazirinin müavini bildirib ki, bu kimi məsələlər delimitasiya kontekstində həll olunmalıdır.

Məsələyə münasibət bildirən siyasi-şərhçi Tural İrfan Demokrat.az-a açıqlamasında vurğulayıb ki, həmin kəndlər sərhədlərin delimitasiyası və demarkasiyası prosesi zamanı azad ediləcək:



“10 noyabr bəyannaməsinə əsasən işğalda olan bütün ərazilər Azərbaycana qaytarılmalıdır. Həmçinin, bəyannamədə Qazax rayonunun 7 kəndi və Sədərəkin Kərki kəndinin də Azərbaycana qaytarılması əks olunub. Sadəcə həmin kəndlərin bəzilərinin anklav şəraitdə yerləşməsinə görə həlli gecikir. Çünki anklav vəziyyətdə gərək bizim əhali o kəndlərə Ermənistan ərazisindən keçib getsinlər. Bunun üçün də Zəngəzur dəhlizinin kiçik forması olmalıdır. Bu da yalnız ya sülh müqaviləsi icra ediləndən, ya da delimitasiya və sərhədlərin demarkasiyasından sonra baş tuta bilər. Şübhə yoxdur ki, həmin kəndlər qeyd-şərtsiz Azərbaycan ərazisi kimi qəbul edilir. Mən şübhə etmirəm ki, Qazaxın kəndləri və Kərki kəndi sərhəd məsələləri həll olunduqdan sonra mütləq həllini taparaq azad olunacaq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top