Salyanda futzal üzrə rayon çempionatı keçirildi — FOTOLAR

SOSİAL 10 may 2022, 17:36
4-10 may 2022-ci il tarixlərdə Salyan rayon Olimpiya İdman Kompleksində Salyan Rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirmək və rayonda futzalın kütləviliyinə nail olmaq məqsədi ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idarə, təşkilat və müəssisələr arasında futzal idman üzrə rayon çempionatı keçirilmişdir.

Demokrat.az xəbər verir ki, 8  komandanın iştirak etdiyi çempionatda yarışlar hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə A və B qrupları üzrə keçirilmişdir. 

A qrupunda Salyan rayon Polis  Şöbəsi, Salyan rayon Təhsil  Şöbəsi, Dövlət Yanğından Mühafizə Hissəsi və Müdafiə Nazirliyinin N saylı Çuxanlı hərbi hissəsinin komandaları komandaları mübarizə aparmışdır.

B qrupunda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi, Müdafiə Nazirliyinin N saylı Babazanlı hərbi hissəsi, Salyan Regional Qaz İstismar İdarəsi və Salyan rayon Olimpiya İdman Kompleksinin komandaları mübarizə aparmışdır.

9  may 2022-ci il tarixdə keçirilən çempionatın  yarımfinal mərhələsinin qalibləri Dövlət Yanğından Mühafizə Hissəsinin komandası və Salyan rayon Təhsil  Şöbəsinin komandası çempionatın finalına vəsiqə qazanmışdır.

10 may 2022- ci il tarixdə  çempionatın final oyunu baş tutmuşdur. Çempionatın final oyununda Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idman ictimaiyyəti və futzal həvəskarları iştirak edirdi. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra final oyununa start verildi . Final oyununda  Dövlət Yanğından Mühafizə Hissəsinin komandası  və Salyan rayon Təhsil  Şöbəsinin komandası qarşılaşmış və oyun Dövlət Yanğından Mühafizə Hissəsinin komandasının 3:2 hesablı qələbəsi ilə bitmişdir. 

Çempionatın ən yaxşı qapıçısı Əliyev İsa , çempionatın ən yaxşı müdafiəçisi Babazadə Elsevər , çempionatın ən yaxşı hücumçusu  Abdullayev Əziz , çempionatın ən gənc oyunçusu  Vahidov Kərim seçildi.

Çempionatın təltifetmə mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.

Çempionatın seçilmiş idmançıları və I və II yeri tutmuş komandalar rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin  diplom, kubok və medalları ilə təltif olundular.



Məlik
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top