Zaqatalada ana doğuşdan sonra öldü

HADİSƏ 09 may 2022, 19:36

Zaqatala rayonunda doğuş zamanı ölüm faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

Yeddi aylıq hamilə olan qadın burada oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə Bakı şəhərinə aparılarkən yolda keçinib.

Qeyd edək ki, bu, Fatimət Musayevanın ilk hamiləliyi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top