Luqanska yeni hava zərbəsi endirildi: İki şəhər işıqsız qaldı

GÜNDƏM 08 may 2022, 14:53
Rusiyanın Luqansk vilayətinə növbəti aviazərbəsi nəticəsində Lisiçansk və Severodonetsk işıqsız qalıb.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk vilayət hərbi idarəsinin sədri Sergey Qayday  məlumat verib.

"Səhər saatlarında Rusiya ordusu Lisiçanskı atəşə tutub. Artilleriyadan istifadə edilib, hava zərbələri endirilib".

Qaydayın sözlərinə görə, dağılan binaların sayı  açıqlanacaq.

"Mühüm infrastruktur obyektləri - 200 kV gərginlikli güclü elektrik xətləri dağıdılıb. Nəticədə əvvəlcə Lisiçanskda, sonra isə Severodonetskdə elektrik enerjisi kəsilib", - OVA sədri bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top