Sərxoş kişini qatar vurdu

HADİSƏ 08 may 2022, 14:46
Ağstafada dəmir yolunun kənarında meyit tapılıb.

APA xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Gürcüstan dəmir yolu xəttinin rayonun Tatlı stansiyası çıxışının 99-cu kilometrliyində qeydə alınıb.

28 yaşlı Vüsal Qocayev sərxoş vəziyyətdə dəmir yolu xəttini keçən zaman onu yük qatarı vurub. 28 yaşlı kişinin meyiti bir neçə saat sonra dəmir yolunun kənarından aşkarlanıb.

Faktla bağlı Ağstafa rayonun prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top