"9 Mayı Böyük Vətən Müharibəsi adlandırmaq lazım deyil"— Aslan İsmayılov

GÜNDƏM 08 may 2022, 13:14
“9 May – Qələbə Gününü ləğv etmək deyil, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbə kimi qeyd edilməsini təklif etmişdim. 9 Mayı Böyük Vətən Müharibəsi adlandırmaq lazım deyil, ona görə ki, 44 günlük öz Böyük Vətən Müharibəmiz var”.
 
Demokrat.az xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.
 
A.İsmayılov qeyd edib ki, “SSRİ, MDB-ni xatırladacaq hər şeyi gənc nəsilə unutdurmaq lazımdır” dedikdə məqsəd tarixi unutmaq, baş verənləri imperiya tərəfdarları kimi toy-bayram kimi qeyd etmək yox, tarixi olduğu kimi təqdim etmək olub:

“Çoxlu sayda başbilənlər 1993-cü ildə MDB-yə qoşulmaq barədə sənədi rəhmətlik Heydər Əliyevin imzaladığını yadıma salırlar. Bunların da əksəriyyəti AXC hakimiyyəti dövrü vətənşüvənlikləri ilə ölkəni uçuruma aparanlar, öz fəaliyyətləri ilə AXC hakimiyyətinin süqut etməsini labüd edənlərdir. Ona görə də həmin illərin canlı şahidi, baş verən hadisələri incəliklərinə qədər bilən bir şəxs kimi gənc nəsilə bildirirəm ki, bu addımın atılması ilə rəhmətlik Heydər Əliyev Azərbaycanın dövlət kimi mövcud olmasını saxladı. O tipli şərhləri yazan keçmiş AXC mənsubları çox gözəl bilirlər ki, Rusiya Rəhim Qazıyev - Surət Hüseynov cütlükləri və onların tör-töküntüləri vasitəsilə Ayaz Mütəllibovu hakimiyyətə gətirmək üçün rəhmətlik Əbülfəz Elçibəy hakimiyyəti tərk etdikdən, Heydər Əliyev Milli Məclisin sədri seçiləndən sonra ard-arda 7 rayonumuzu işğal etdi və Gəncəni də işğal etməyə hazırlaşdırdı...”

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top