Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli oldu

İDMAN 07 may 2022, 19:20
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Demokrat.az xəbər verir ki, final oyununda “Araz-Naxçıvan” və EKOL komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Araz Naxçıvan" tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.

Bürünc medal uğrunda görüşdə isə “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top