Kubada oteldəki partlayışda 22 nəfər öldü

DÜNYA 07 may 2022, 08:56
Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində ötən gün güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Demokrat.az xəbər verir ki, bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 22-yə çatıb. Partlayış nəticəsində 66 nəfər müxtəlif xəsarətlər alıb.

“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top