ABŞ tarixində görünməmiş hadisə — FOTOLAR

DÜNYA 06 may 2022, 16:37
ABŞ prezidenti Co Bayden Ağ Evin sözçüsü Cen Psakinin səlahiyyət müddəti mayın 13-də başa çatdıqdan sonra Psakinin boş qalan kreslosunu Karina Cean-Piyerin əvəzləyəcəyini açıqlayıb.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Bayden yazılı açıqlamasında bildirib: 

"Mən Karina Cean-Piyerin Ağ Evin növbəti spikeri kimi fəaliyyət göstərəcəyini elan etməkdən qürur duyuram. Jill və mən Karinanı çoxdan tanıyırıq və ona hörmət edirik. O, mənim və administrasiyam üçün güclü səs olacaq."

Qeyd edək ki, Cean-Piyer bu vəzifəyə təyin olunan ilk qaradərilidir. 



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top