Rusiya prezidentini hərbi tribunala verməyə çalışan prokuror xanım

REGİON 06 may 2022, 16:05
“Associated Press” agentliyinin hazırladığı son reportajlardan birində Ukraynanın baş prokuroru İrina Venediktova “Rusiya prezidenti Vladimir Putini cavab verməyə məcbur edəcək qadın” kimi təqdim edilib və bildirilib ki, İrina Venediktovanın məqsədi Rusiyanın prezidentini və ordusunu Ukraynada törədilən cinayətlərə görə cavabdehlik daşımağa məcbur etməkdir.

Reportajda Ukraynanın 43 yaşlı ilk qadın baş prokuroru İrina Venediktova dəmir iradəli, qətiyyətli, peşəkar bir insan kimi qiymətləndirilib.

Reportajdan sitat:

"İrina Venediktova həm də alimdir, hüquq professorudur. Müharibə vəziyyəti onu tez-tez ölkə daxilində səfərlərə çıxmaq məcburiyyətində qoyub. Əvvəllər geyindiyi zərif donları indi uniforma və zirehli jilet əvəzləyib. Baş prokuror çox vaxt yeməyini avtomobildə tələm-tələsik yeməli olur, bəzən hətta bunu da çatdırmayıb, yaxud unudub saatlarla ac qalır. Hazırda İrina Venediktovanın qəbul saatları yoxdur. İndi onun yalnız tez başlayıb, gec bitən hərbi saatları var”.

Xanım prokuror Rusiya prezidentini 21-ci yüzilliyin əsas müharibə canisi hesab edir və bütün vasitələrlə onun cəzalandırılmasına çalışır.(visiontv.az)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top