“Belarus Ukraynaya qarşı müharibədə iştirak etməyəcək”

GÜNDƏM 05 may 2022, 22:47
“Belarus Rusiya-Ukrayna müharibəsində iştirak etməyəcək”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. 

"Biz Rusiya Silahlı Qüvvələrinin Ukraynada keçirdiyi xüsusi əməliyyatda iştirak etmək fikrində deyilik. Çünki buna ehtiyac yoxdur", - o qeyd edib. 

Lukaşenkonun sözlərinə görə, Belarusun Rusiyaya təklif edə biləcəyi hər şey artıq var, buna görə də xüsusi əməliyyatda iştirak etməyə ehtiyac yoxdur.

Lukaşenka əlavə edib ki, ABŞ və Böyük Britaniya maraqlı olsaydı, Ukraynadakı müharibəni bir həftə ərzində və hətta ondan tez dayandırmaq olardı.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top