Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək qərarına gəldi

GÜNDƏM 05 may 2022, 22:08
Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq etmək qərarına gəlib.

Demokrat.az
Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Londonda Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında Yaponiya hökumətinin başçısı Fumio Kişida bildirib.

O, yeni sanksiyalar paketinin dörd əsas sahədən ibarət olduğunu vurğulayıb.

“Birincisi daha 140-a yaxın fiziki şəxsin aktivlərinin dondurulmasıdır. İkincisi İkincisi Rusiyanın hərbi-sənaye kompleksində şirkətlərin müxtəlif məhsullarına tədarükün qoyulması ilə bağlı qadağanın genişləndirilməsidir. Məhdudiyyətlərə məruz qalan Rusiya banklarının siyahısının artırılması habelə idxal embarqonunun genişləndirilməsi də yeni sanksiyalara daxildir", - deyə Kişida bildirib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top