İTV-nin baş direktoru vəzifəsinə namizədliklə bağlı sənəd qəbulu elan edildi

MEDİA 05 may 2022, 12:24
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədilə sənəd qəbulu elan edib.

Bu barədə Demokrat.az-a Şuradan məlumat verilib.

Namizədlərə dair şərtlərə gəlincə qeyd olunub ki, namizəd Azərbaycan vətəndaşı olmalıdır və ali təhsilli olmalıdır.

Bildirilib ki, əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər sənədləri mayın 6-dan 15-dək Audiovizual Şuraya təqdim etməlidirlər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top