Mərkəzi Bank daha bir şirkətə cərimə protokolu yazdı

MALİYYƏ 05 may 2022, 08:56
“Bakı Tekstil Fabriki” MMC-yə cərimə protokolu yazılıb.

MMC barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Bakı Tekstil Fabriki” 2010-cu ildən fəaliyyət göstərir. Müəssisənin təsisçisi və rəhbəri Babayeva Səkinə Rəşid qızıdır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top