62 yaşlı BAKI FUNİKULYORU — FOTOLAR

SOSİAL 04 may 2022, 20:26
Sabah 1960-cı ildə Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmiş Bakı funikulyorunun yaranmasından 62 il ötür.

Cəmi iki –“Bəhram Gur” və “Şəhidlər xiyabanı” stansiyası olan funikulyorun stansiyaları arasında məsafə 455 metrdir.

Bu təqvimlə bağlı Demokrat.az saytı olaraq, Bakı funikulyorunun rəisi Tofiq İsmayılovla əlaqə saxladıq.

O, bildirdi ki, həmişə olduğu kimi bu gün də funikulyora maraq böyükdür. “Həmişə olduğu kimi, bu gün də Bakı funikulyoruna maraq, axın var. Bir ildən artıq pandemiya ilə əlaqədar funikulyor işləmədi. Amma indi həm yerli sakinlər, həm də turistlər arasında gələnlər çoxdu. Gediş haqqında dəyişiklik yoxdu, əvvəlki kimi bir adam üçün bir manat hesablanır. Həm yerli sakinlər, həm də turistlə üçün gediş haqqı eynidir. 2012-ci ilin may ayında funikulyor yeniləndi, təmir edildi, qatarlarda sərnişinlərin rahatlığı üçün hər bir şərait var.”



Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top