Gənclər və İdman Nazirliyinin bir MMC-yə də qrant verdiyi üzə çıxdı

GÜNDƏM 04 may 2022, 12:45
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov APA əməkdaşının " Gənclər və İdman Nazirliyinin (GİN) maliyyələşdirdiyi layihələrlə bağlı bir çox narazılıqlar olub. QHT-lərlə yanaşı, hətta bir MMC-yə də qrant verildiyi üzə çıxmış və mətbuatda bu barədə geniş yazılıb. Hesablama Palatası GİN-də kənar dövlət maliyyə nəzarəti zamanı nazirliyin donor kimi fəaliyyətini araşdırıb?" sualına cavab verib.

"Hazırda Gənclər və İdman Nazirliyində kənar dövlət maliyyə nəzarəti tədbiri gedir. Suala cavab vermək üçün prosesin yekunlaşması, nəticələrin kollegiyada müzakirə edilərək rəsmiləşdirilməsi tələb olunur."

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top