Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə olundu — FOTO

MƏDƏNİYYƏT 04 may 2022, 09:09
Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu Hüseyn Cavidin büstü ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Mədəniyyət naziri Anar Kərimov tviter hesabında bildirib.

“Azərbaycan xalqının görkəmli yazıçı-dramaturqu və gəhrəman oğlu Hüseyin Cavidin 140 illik yubileyi münasibətilə onun büstünün ABŞ-Azərbaycan Ticarət Palatasına hədiyyə etdik və H.Cavidin irsinin həm ölkəmizdə, həm də ABŞ-da öyrənilməsinin vacibliyindən danışdıq”, - nazir qeyd edib.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top