Arzu Nağıyev: “Təhsilə dövlət qayğısı parlaq gələcəyin təminatıdır”

GÜNDƏM 02 may 2022, 19:15
“İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputat vurğulayıb ki, dövlət qayğısı təhsildə keyfiyyətin yüksəldilməsinə zəmin yaradır, daha yüksək hazırlıqlı nəsillərin yetişdirilməsi işinə güclü təkan verir:

“Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilin inkişafındakı rolu bu sahədə çalışan hər kəsə ruh verir. Müxtəlif sosial inkişaf proqramları çərçivəsində inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlərin yalnız bir hissəsidir. Əsas mühüm layihələrdən də biri 2005-ci ildən həyata keçirilən bir layihədir. Qeyd edim ki, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ölkəmizdə bir çox yeni məktəblər tikilib. Təbii ki, bu proqramın əsas məqsədi müasir standartlara cavab verən təhsil komplekslərin, məktəblərin yaradılması, eyni zamanda yüksək səviyyəli tədrisin həyata keçirilməsi, müvafiq olan problemlərin aradan qaldırılmasıdır. Görülən bu işlər bir tərəfdən gənclərin yüksək səviyyəli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların daha hərtərəfli yetişməsi, nüfuzlu universitetlərdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək”.

Deputat  qeyd edib ki, bu gün genofond üçün təhsil ən mühüm amillərdən biridir:

“Bu gün bu istiqamətdə də çox ciddi addımlar atılır. Mehriban xanımın rəhbərliyi ilə aparılan islahatlar çox təqdirəlayiq və mühüm hesab edirəm. Qeyd edim ki, tək Bakı kəndlərində deyil, hətta sıxlığı çox olan məktəblərdə belə vətəndaşlarımızın müraciəti ilə digər böyük komplekslərin tikintisi həyata keçirilir, yeni məktəblər tikilir. Yəni, bu günucqar dağ kəndlərində belə təhsil müəssisələrinin həm təmir edilir, həm yenidən qurulur, həm də orada yeni modul tipli məktəblər açılır. Bununla yanaşı, ora savadlı və bilikli müəllimlərlə təmin edilir ki, bu da çox mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Bunların da əsas məqsədi, məramı keyfiyyətli təhsil almaqdır. Əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycan vətəndaşının gələcəyi üçün atılan mühüm addımlardır. Yəni, bu gün də onun şahidi olduq. Bildiyimiz kimi, Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında həm Cənab Prezident, həm də Mehriban xanım iştirak etdi. Düşünürəm ki, bu problemlərin həlli istiqamətində atılan ən ciddi addımlardır. Əminəm ki, bu istiqamətdə gələcəkdə də proseslər davam etdiriləcək. Çünki Heydər Əliyev Fondunun, eyni zamanda birinci vitse-prezident Mehriban xanımın məram və məqsədi məhz Azərbaycan vətəndaşına daha yüksək səviyyəli təhsil verməkdir, yüksək kadr potensialının yetişdirilməsidir. Bu gün təhsil sahəsində görülən işlər müsbət qiymətləndirilir. Və düşünürəm ki, Azərbaycan vətəndaşı da bunun xeyrinin nə olduğunu çox düzgün başa düşür”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top