Zelenskinin Türkiyəni ittiham etməsinə Azərbaycandan ETİRAZ

GÜNDƏM 02 may 2022, 17:17
Ukrayna prezidenti Zelenski Türkiyəni ikili standartlarda ittiham edib. Bu artistin dediyindən belə çıxır ki, Türkiyə əlini-qolunu çırmalayıb Rusiya ilə açıq skandala girməlidir. Bir NATO ölkəsinin bütün Qərb dünyası ilə müharibə aparan Rusiya ilə açıq savaşa girməyə hünəri çatmır, amma bir türk-müsəlman dövlətini münaqişəyə çəkməyə çalışırlar. Türkiyə Birinci və İkinci dünya müharibələrindəki səhvlərini təkrarlamayacaq. Elə bütün Qərbi də qorxudan budur. 

Əslində isə dünyada ikili standartdan ən çox əziyyət çəkən ölkələr məhz Azərbaycan və Türkiyədir. Rusiya-Ukrayna müharibəsi zamanı ən aydın və ədalətli mövqeyə sahib ölkə də Türkiyədir.

Bu gün Azərbaycanın da, Türkiyənin də Ukrayna üçün etdikləri yetərlidir. Əsl riyakarlıq daha artığını istəmək - məsələn, Türkiyədən Rusiya ilə açıq şəkildə siyasi-diplomatik-hərbi münaqişəyə girməyi tələb etməkdir. 

Maraqlısı odur ki, Zelenski bu fikirləri Türkiyəyə qarşı düşmənçilik mövqeyində dayanan yunan televiziyasına (yunanlara) müsahibəsində deyib. Əsl riyakarlıq budur! 

Zelenski: 

"Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə, Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bununla belə məşğul ola bilməzsiniz, bu ikili standartdır. Bu ədalətli deyil. Ona görə də, mən Türkiyənin diqqətini bu cür imkanlara cəlb edirəm, inanıram ki, belə ola bilməz, çünki seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?".



Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top