Ruslar Xarkovu atəşə tutdu — Ölənlər var

GÜNDƏM 02 may 2022, 00:25
"Bu gün ruslar Xarkovun yaşayış məntəqələrini, xüsusilə Saltovka, Boqoduxov, Zoloçiv, Malaya Danilovkanı atəşə tutub. Nəticədə, təəssüf ki, 3 nəfər həlak olub, 8 dinc sakin yaralanıb".

Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov qubernatoru Oleq Sinequbov deyib.

O, Xarkov vilayətində atəşə tutulma təhlükəsinin çox yüksək olduğunu xatırladıb və vətəndaşları imkan daxilində sığınacaqlarda qalmağa çağırıb.

"Əvvəlki günlərdə olduğu kimi, ən qaynar ərazi Xarkov vilayətinin İzyum istiqamətindədir. Burada düşmənin hücum əməliyyatları keçirməyə cəhdləri davam edir. Müdafiəçilərimizin effektiv hərəkətləri sayəsində bu cəhdlər uğursuz alınıb. Bu gün ruslar növbəti dəfə canlı qüvvə və texnikada böyük itki veriblər”, - deyə Sinequbov əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top