17 yaşlı oğlanı bıçaqladılar

KRİMİNAL 01 may 2022, 22:26
Gəncədə yeniyetmə oğlan bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən Əziz Əliyev prakında qeydə alınıb.

2005-ci il təvəllüdlü Abbasov Azər Vüsal oğlu iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 17 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun kim tərəfindən bıçaqlanması isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top